Hacıbәyov
Zülfüqar Әbdülhüseyn oğlu
(1884—1950)
—bәstәkar. Azәrb. әmәkdar inc. xad. (1943).
Ü.Hacıbәyovun
böyük qardaşı, Niyazinin atasıdır.
Azәrb. musiqi mәdәniyyәtinin inkişafında
xidmәtlәri böyükdür. İlk Azәrb.
operalarından olan "Aşıq Qәrib" (1915, tamaşası
1916) әsәrindә muğamlara әsaslanmış,
xalq musiqi folkloru ilә Avropa musiqisini әlaqәlәndirmәyә
çalışmışdır.
Öz librettolarına bәstәlәdiyi "Әlli
yaşında cavan" (1909), "Varlı" ("On bir yaşında
gәlin", 1911), "Evliykәn subay" (1911) musiqili komediyaları
musiqisinin sadәliyi, aydınlığı vә dramaturgiya
baxımından diqqәtәlayiqdir.
Bir sıra mahnı, simf. ork., nәfәs alәtlәri
vә xalq çalğı alәtlәri üçün
әsәrlәr, dram tamaşalarına, "Almaz" kinofilminә
(Niyazi ilә birgә) musiqi yazmışdır. "Nüşabә"
vә "Üç aşıq" ("Mәlikmәmmәd")
operaları yarımçıq qalmışdır..