Hacıbәyov (Hacıbәyli) Üzeyir Әbdülhüseyn oğlu

(18.9.1885, Şuşa qәzasının Ağcabәdi k.—23.11. 1948, Bakı) — Azәrb. bәstәkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq vә ictimai xadim. Müasir Azәrb. professional musiqisinin vә milli operasının banisi. Şәrqdә ilk operanın yaradıcısı. SSRİ xalq art. (1938), Azәrb. EA akad. (1945). Prof. (1940). Stalin mükafatı laureatı (1941, 1946). Azәrb Bәstәkarlar İttifaqının sәdri (1938—48), ADK-nın rektoru (1928 —29; 1939—48), Azәrb. EA İncәsәnәt İn.-tunun direktoru (1945—48) olmuşdur.

H.un 1908 il yanvarın 12-dә (yeni tәqvimlә 25-dә) Bakıda H.Z.Tağıyevin teatrında göstәrilәn "Leyli vә Mәcnun" operası ilә tәkcә Azәrb.deyil, bütün müsәlman Şәrqindә opera sәnәtinin әsası qoyulmuşdur.

H. 1909—15 illәrdә bir-birinin ardınca "Şeyx Sәnan" (1909), "Rüstәm vә Söhrab" (1910), "Şah Abbas vә Xurşid Banu" (1912), "Әsli vә Kәrәm" (1912), "Harun vә Leyla" (1915) muğam operalarını bәstәlәmişdir.

O, Azәrb.da musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mәtnini dә özü yazmışdır). Onun " Әr vә arvad" (ilk tamaşası —1910), "O olmasın, bu olsun" (ilk tamaşası—1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan әvvәlki Azәrb. mәişәti, xalq adәt vә әnәnәlәri öz әksini tapmışdır.

H. 1931 ildә Azәrb. Radio Komitәsi yanında ilk notlu xalq çalğı alətlәri ork. tәşkil etmişdir.

1937 il aprelin 30da AOBT-nda ilk dәfә tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H. İsmayılov vә M. S. Ordubadinindir).

Onun yaratdığı vokal musiqi әsәrlәri içәrisindә Nizami Gәncәvinin anadan olmasının 800 illiyinә hәsr etdiyi "Sәnsiz" (1941) vә "Sevgili canan" (19431 romans qәzәllәri xüsusi yer tutur. H. hәyatının son illәrindә "Firuzә" operası üzәrindә işlәmişdir. Bu bitmәmiş operadan tәkcә Firuzәnin ariyası qalmışdır.

H. Azәrb. Resp. Dövlәt himnlәrinin (1945, 1992) musiqisinin müәllifidir.

H. Azәrb. musiqisindә köklü dönuş yaratmış dahi bәstәkardır. O, 19 әsrin әvvәllәrinәdәk şifahi xalq musiqi sәnәti şәklindә mövcud olan Azәrb. milli musiqisini Qәrbi Avropa, rus bәstәkarlıq mәktәblәrinin nailiyyәtlәri, forma vә janrları ilә zәnginlәşdirmişdir.

O, öz opera vә musiqili komediyalarında, elәcә dә digәr janrlarda yazdığı musiqi әsәrlәrindә Şәrq vә Qәrb musiqi sistemlәrinin üzvi vәhdәtini yaratmağa nail olmuşdur.

H. hәm dә böyük musiqişünas alim idi. O, müasir Azәrb. elmi musiqişünaslığının әsasını qoymuş, musiqiyә dair çoxlu mәqalәlәr yazmış, tәdqiqatlar aparmışdır. "Azәrbaycan xalq musiqisinin әsasları" (1945) fundamental tәdqiqat әsәrindә o, xalq musiqisinin nümunә vә formalarının dәrin tәhlilinә әsaslanaraq, qәdim tarixә malik Azәrb. musiqisinin qanunauyğunluqlarını, milli xüsusiyyәtlәrini göstәrmişdir.

H. istedadlı bәstәkarlar, musiqişünaslar nәsli yetişdirmişdir. Q.Qarayev, F.Әmirov, Niyazi, S. Hacıbәyov vә b. H.-un tәlәbәlәri olmuşlar.

ADK-na (1949) vә Azәrb. Dövlәt Simf. Ork.nә (1944) H.un adı verilmişdir. 1966—70 illәrdә Azәrb.da H. adına Resp. Dövlәt mükafatı tәsis edilmişdi. Şuşada (1965) vә Bakıda (1975) H.-un ev muzeylәri açılmIşdır. Bakıda (1960, tunc, qranit, heykәltәraş T. Mәmmәdov) vә Şuşada (1985; tunc, qranit, heykәltәraş Ә.Salikov) heykәli ucaldılmışdır (tәәssüflә qeyd edilmәlidir ki, Şuşadakı heykәl ermәni işğalçıları tәrәfindәn güllәbarana mәruz qalmış vә böyük çәtinliklә Bakıya gәtirilmişdir).

F. Әmirov skripkalar, violonçel vә 2 fp. üçün "Üzeyir Hacıbәyova ithaf" (1949) poemasını yazmışdır. "Azәrbaycanfilm" kinostudiyasında 2 seriyalı "Üzeyir ömrü" (1982; ssenari müәllifi vә quruluşçu rej. Anar) rәngli bәdii televiziya filmi çәkilmişdir. 1983—85 illәrdә H.un musiqi әsәrlәrinin akademik nәşrinin I—3 cildlәri ("Leyli vә Mәcnun" operasının partiturası vә klaviri, "Koroğlu" operasının 1—3cü pәrdәlәrinin partiturası) çap olunmuşdur.

H.-un anadan olmasının 100, 110 illik yubileylәri böyük tәntәnә ilә keçirilmiş, dünyanın bir sıra, şәhәrlәrindә yubiley gecәlәri tәşkil olunmuşdu. YUNESKO-nun qәrarı ilә H.un 100 illik yubıleyi beynәlxalq miqyasda qeyd edilmişdir.
.

 

 
  © Musigi dunyasi, 2009