Şostakoviç Dmitri Dmitriyeviç
(1906—1975)
— rus bәstәkarı. SSRİ xalq art. (1954). Azәrb.
xalq. art. (1972). Sәnәtşünaslıq doktoru
(1965). Lenin (1958) vә SSRİ Dövlәt (1941, 1942,
1946, 1950, 1952, 1968) mükafatları laureatı. Bir çox
xarici ölkәlәrin incәsәnәt akademiyalarının
fәxri üzvü.
Ş.-in çoxşaxәli yaradıcılığı
20 әsrin klassikası sayılır. O, bir çox simfoniyaların,
baletlәrin, operaların, tamaşalara vә kinofilmlәrә
yazılmış musiqinin vә s. әsәrlәrin
müәllifidir.
Müasir Azәrb. musiqisinin inkişafında vә
musiqi xadimlәrinin (Q.
Qarayev, C.Hacıyev vә b.) yetişmәsindә
xidmәti var. Ş.-in yaradıcılığı
ilә yaxından tanış olan vә onun istedadını
yüksәk qiymәtlәndirәn H. һәlә
1940 ilin noyabrında Stalin Mükafatları Komitәsinin
iclasında çıxış edәrkәn onu dünya
әһәmiyyәtli yaradıcılığı
olan әn yüksәk sәviyyәli ustad adlandırmış,
5-ci simfoniyasına görә Ş.-in mükafata layiq
görülmәsini qәtiyyәtlә müdafiә
etmişdir.
Ş. dәfәlәrlә Azәrb. musiqisinin uğurları,
onun görkәmli xadimlәri, ö cümlәdәn
H. һaqqında qiymәtli fikirlәr söylәmişdir..