Qarayev Qara Әbülfәz oğlu

(1918 —1982) — bәstәkar, pedaqoq, iñtimai xadim. Azәrb. xalq art. (1958), SSRİ xalq art. (1959). Azәrb. EA akad. (1959). SSRİ Dövlәt (1946, 1948), M. F. Axundov ad. Resp. (1965) vә Lenin (1967) mükafatları laureatı.

H.-un vәfatından sonra Azәrb. bәstәkarlıq mәktәbinә başçılıq etmiş, bu mәktәbin inkişafına böyük tәsir göstәrmiş, özünәmәxsus musiqi yaradıcılıq mәktәbi yaratmışdır.

Qara Qarayev 1935—38 illәrdә ADK-da oxumuş, Azәrb. xalq musiqisinin әsasları üzrә H.-dan dәrs almışdır. 1938 ildәn tәһsilini Moskva konservatoriyasında davam etdirәrәk, 1946 ildә konservatoriyanı bitirmiş (D. Şostakoviçin bәstәkarlıq sinfini) vә һәmin ildәn ADK-da dәrs demişdir (1957 ildәn prof.).

Q. «Vәtәn» operasının (1945, Ñ. Hacıyevlә birgә, dünya şöһrәtli «Yeddi gözәl» (1952) vә «İldırımlı yollarla» (1957) baletlәrinin, «Ñoşğun qaskoniyalı» (1973) romantik musiqili komediyasının müәllifidir.

Yaradıñılığının ilk çağlarından Q. simf. musiqiyә meyl etmiş, bilavasitә H.-un tәsiri altında «Azәrbayñan süitası»nı (1939) yaratmışdır.

O, 3 simfoniya, «Leyli vә Mәñnun» simf. poeması, «Alban rapsodiyası», «Vyetnam süitası», «Don Kixot» simfonik qravürlәrinin, skripka ilә ork. üçün konsertin vә s. müәllifidir. Onun kinofilmlәrә, dram tamaşalarına yazdığı musiqi müstәqil müәllif konsepsiyası vә simf. vüsәti ilә seçilir.

O, H.-un «Aşıqsayağı» әsәrini kamera ork.-i üçün transkripsiya etmişdir (1964).


 

 
  © Musigi dunyasi, 2009