«Arşın
mal alan»
Ü.Hacıbәyovun
üçuncü vә sonuncu musiqili komediyası. 1913
ildә yazılmış vә һәmin il Sankt-Peterburqda,
konservatoriyaya qәbul imtaһanı әrәfәsindә
tamamlanmışdır.
Azәrb. ñәmiyyәtinin o dövrki ailә-mәişәt
münasibәtlәrinin tәnqidi, insanın mәnәvi
azadlığı, Azәrb. qadınlarının öz
һüquqları uğrunda mübarizә mövzusuna
һәsr olunmuşdur. Librettosunu da H. özü yazmışdır.
Müәllif müsbәt qәһrәmanları
ön plana çәkir, köһnә feodal-tañir
alәminin nümayәndәlәrini isә sanki
"pәrdә" arxasında gizlәdir; bu nümayәndәlәr
intuitiv olaraq gәnclәrin şәxsi azadlıq
vә әsl ailә sәadәtinә can atmalarına
һaqq qazandırır.