«Milli
marş»
H.-un
1919 ildә bәstәlәdiyi әsәr. Sözlәri
dә bәstәkarındır.
- ART xoru və simfonik orkestri.
Әsәr 1920 il aprel çevrilişindәn sonra bir
daһa sәslәnmәmiş vә not materialları
itirilmişdi. Son dövrlәrdә onun һaqqında
mәlumat vә birsәsli musiqisindәn bir parça
türk musiqişünası
Etem Ünkörün 1966 ildә Ankarada nәşr
etdirdiyi «Türk marşları» kitabında dәrñ olunmuşdu.
Hәmin kitabda göstәrilir ki, «Azәrbayñan milli
marşının
tәnzim vә seçimi üçün tәyin olunmuş
konkursda (müsabiqәdә) Üzeyir
Hañıbәyovun «Milli marş»ı birincilik qazanmış
vә 15.000 rubl mәblәğindә mükafat
almışdır».
14 noyabr 1919 tarixli, 246 saylı «Azәrbayñan»
qәzeti dә bu һaqda yazır vә bildirir
ki, «...Azәrbaycan Dövlәt Teatrosunu dolduran milli
dövlәt әrkanı vә әxlaq һüzurunda
bir dәfә çalınmışdır...» Müasir
Azәrb. oxuñusuna bu marş һaqda ilk mәlumat bәstәkar
S. Fәrәcovun «Ü. Hacıbәyovun iki marşı»
mәqalәsindә verilmişdir («Әdәbiyyat
vә incәsәvәt» qәzeti, 1989, 14 iyul).
Uzun axtarışdan sonra R. Xәlilov tәrәfindәn
marşın ilkin klavir variantı vә ork. sәslәri
tapılmışdır. S. Fәrәcov әsәrin
4 sәsli xor vә böyük ork. üçün
yeni partiturasını һazırladıqdan sonra o,
ifa olunub, lentә yazılmışdır.