Segah
Azərbaycanda geniş
yayılmış muğam
dəstgahlardan
biri.
Mənası fars dilindən tərcümədə se-üç,
gah-mövqe, məkan, vəziyyət deməkdir. Xanəndə
yaradıcılığında Zabol-Segah, Xaric-Segah, Mirzə-Hüseyn
Segahi, Orta Segah kimi variantları məşhurdur. Segah
muğam-dəstgahı – Bərdaşt, Mayə,
Şikəsteyi-fars, Mübarriqə, Manəndi-müxalif,
Əraq-Qərayi şöbələrindən ibarətdir.