«O olmasın, bu olsun»

Ü. Hacıbәyovun ikinci musiqili komediyası (1911).

Bәstәkarın 19 әsrin sonu—20 әsrin әvvәllәri Azәrb. һәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir.

Burada muflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәһdi inandırıcı tәsvir olunmuşdur.
Әsәrin ilk tamaşası 1911 il aprelin 25-dә Bakıda olmuşdur.

Baş rollarda M. A. Әliyev (Mәşәdi İbad), H.Sarabski (Sәrvәr) vә Ә.Ağdamski (Gülnaz) oynamışlar. Tamaşaya H. özü dirijorluq etmişdir.

Sonralar musiqili komediya müxtәlif dillәrә tәrcümә olunmuş, Zaqafqaziya şәһәrlәrindә, Türkiyәdә, Bolqarıstanda, Yәmәndә vә s. tamaşaya qoyulmuşdur. Әsәrin әdәbi mәtni ilk dәfә 1912 ildә Bakıda, Orucov qardaşları mәtbәәsindә nәşr olunmuşdur. Musiqili komediya 2 dәfә ekranlaşdırılmışdır.

 

 
  © Musigi dunyasi, 2009