Gülnaz
Ü.Hacıbәyovun
"O olmasın,
bu olsun" musiqili komediyasının әsas personajlarıdan
biri. G. sevgilisi Sәrvәrlә birlikdә komediyadakı
ciddi, lirik xәttin tәmsilçilәridir.
G. öz xarakteri, şәxsiyyәti ilә komediyanın
satirik gülüş vә yumor üzәrindә
köklәnmiş ümumi ovqatına bir lirizm vә
poetiklik gәtirir. O da Sәrvәr kimi müәllifin
rәğbәtlә yanaşdığı yeni nәslin
nümayәndәsidir.
Hәlә çox gәnc olmasına baxmayaraq o, müsәlman
mәişәtinin, islamın yazılmamış
qanunlarının çoxәsrlik tabularından çıxmaq,
һәyatını istәdiyi şәkildә
qurmaq uğrunda mübarizә aparır.
Müәllif yeni Azәrb. qadını ilә bağlı
fikir vә düşüncәlәrinin müәyyәn
bir qismini G. obrazında әks etdirmişdir. Bu mәnada
G. surәti H. publisistikasının ana xәtlәrindәn
birini tәşkil edәn qadın azadlığı
mövzusunun bәdii tәcәssümüdür.