«Yeni
iqbal»
Gündәlik
ictimai, iqtisadi vә siyasi qәzet. 1915—1917 illәrdә
Bakıda çıxmışdır.
Ü. Hacıbәyov 1915
il sentyabrın 18-dәn qәzetin redaktoru, oktyabr ayının
11-dәn 1916 il fevralın 19-dәk onun saһibi vә
baş redaktoru olmuşdur. Qәzetin 1915 ildә 76 (¹
120—196), 1916 ildә isә 33 (¹ 197—229) sayı bilavasitә
H.-un rәһbәrliyi ilә nәşr olunmuşdur.
H. «Y. i.»-da çalışdığı dövrdә
onunla müxalifәtdә olanlara, «opera dramın evini
yıxdı» deyәnlәrә qarşı «Tәrәqqi
vә tәdәnni», «Yazıq ermәnilәr», «İş
görәk»„ «Küyçülük», «Biz qızışırıq»,
«Sәsküy, qalmaqal» vә s. başlıqlı publisist
yazıları ilә kәskin mübarizә aparmış,
«Dayaq» felyetonunda Bakı
dumasının bivec qlasnılarını tәnqid atәşinә
tutmuşdur.