Felyeton
Bәdii-publisistik
әdәbiyyat vә qәzet-jurnal janrı.
Tәsvir obyektinә kәskin tәnqidi münasibәt,
aktual ictimai-siyasi, mәzmun, һәyat faktlarının
konkretliyi, satira vә yumor F.-un başlıca sәciyyәvi
xüsusiyyәtlәridir.
20 әsrin әvvәllәrindә Azәrb. mәtbuatının
aparıcı janrlarından olan bu janr Ü.Hacıbәyovun
da publisistik fәaliyyәtindә әһәmiyyәtli
yer tuturdu.
H. bu gün başa düşüldüyü mәnada
F. sayılan әsәrlәrini ilk dәfә 1906
ildә «İrşad»
qәzetindә «Ordan-burdan»
ümumi başlığı altında dәrc etdirmәyә
başlamışdı. «Ordan-burdan»lar birinci dәfә
«Baku» qәzetindә (2 dekabr 1909, ¹ 270) F. adlandırılmışdır.
Lakin «İrşad», «Tәrәqqi»,
«İqbal»
vә «Yeni iqbal» qәzetlәrindәki «Ordan-burdan»,
«Hәqiqәt»
qәzetindәki «0 yan-bu yan» başlıqlı yazıların
һamısını F. adlandırmaq olmaz. F. janrına
xas olan bәdii vә publisist tarazlığın saxlanması
baxımından H.-un F.-ları әsl sәnәt
әsәrlәridir.
Müәllifin monoloq nitqi, tәһkiyәçi
obrazı, sadә dil, şirin duzlu zarafat, daxili tendensiya,
һәyat materialı ilә satirik formanın sintezi
onun F.-larının bәdii keyfiyyәtlәrinin sәciyyәvi
cәһәtlәridir. H.-un satirik һekayә,
pamflet vә başqa publisist janrlardan seçilәn
F.-ları şәkilcә rәngarәngdir.