"Sәnsiz"

Ü. Hacıbәyovun romans-qәzәli. Azәrb. bәstәkarlarının yaradıcılığında bu janrda ilk әsәrdir. 1941 ildә, Nizaminin anadan olmasının 800 illiyi münasibәtilә böyük şairin sözlәrinә bәstәlәnmişdir (Azәrb. dilinә tәrcümәsi Cәfәr Xәndanındır).

"S."-in ilk ifaçısı Bülbül romansa zәrif bәdii interpretasiya vermişdi. Müğәnni M.Maqomayev romansda müәllif redaktәsi apararaq "Nizami" filmindә onu böyük mәһarәtlә ifa etmişdir. Romans ilk dәfә 1944 ildә Bakıda nәşr olunmuşdur.

Әsәri fortepiano üçün Q. Burşteyn işlәmişdi. Romans simf., xalq çalğı alәtlәri vә estrada ork.-lәrinin müşayiәti ilә dә ifa olunur.


 

 
  © Musigi dunyasi, 2009