Romans-qәzәl
Instrumental müşayiәtlә
sәs üçün musiqili-poetik әsәr; romans
janrının
növu. Ü.Hacıbәyov
tәrәfindәn yaradılmışdır.
1940 illәrin әvvәllәrindә Nizaminin
800 illiyi ilә әlaqәdar olaraq, H. daһi şairin
qәzәllәri әsasında yeddi R.-q. (onun «Yeddi
gözәl» poemasındakı gözәllәrin
sayına müvafiq) yazmağı nәzәrdә
tuturdu.
Bәstәkar
һәr bir vokal miniatürdә müәyyәn
musiqi portreti yaratmalı vә müәyyәn psixoloji
vәziyyәti, fәrdi xarakteri, һisslәri,
daxili alәmi, mәnәvi gözәlliyi tәsvir
etmәli idi. Lakin H. bunların yalnız ikisini — «Sәnsiz»
(1941) vә «Sevgili
canan»ı (1943) yaza bildi.
- "Sevgili canan"