Soltan bәy

Ü. Hacıbәyovun «Arşın mal alan» musiqili komediyasının personajlarından biri.

O, sәnaye vә ticarәt burjuaziyasının güclü inkişafı nәticәsindә mövqelәrini әldәn vermiş, var-yoxdan çıxmış, yalnız quruca bәy adını saxlamış zadәganlardandır.

Dul qalmış S. B.-in maraq vә fәaliyyәt dairәsi son dәrәcә mәһduddur: mümkün qәdәr ucuz yolla evlәnmәk.

Soltan bәy bir tәrәfdәn varlanan vә öz iradәsini cәmiyyәtә diqtә edәn tacirlәrә antipatiya ilә yanaşırsa, ikinci tәrәfdәn mәһz pulun cazibә gücü ilә bu silkin qoһumluq tәklifini rәdd edә bilmir.

İlk tamaşadan başlayaraq bu rolun әsas ifaçısı olan Ә. Hüseynzadә musiqili komediya әsasında çәkilmiş eyniadlı filmdә (1945) dә S. b. surәtinin parlaq ekran tәcәssümünü yaratmışdır.

 

 


 
  © Musigi dunyasi, 2009