«Azәrbayñan» marşı

Ü. Hacıbәyovun 1919 ildә bәstәlәdiyi marş. Sözlәri Әһmәd Ñavadındır.

Uzun illәr Azәrb. xalqına vә musiqi ictimaiyyәtinә namәlum qalmış bu marşın not yazısı ilk dәfә 1966 ildә, türk musiqişünası Etem Ünkörün Ankarada nәşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.

Müәllifin kitabda verdiyi mәlumata görә "Azәrbayñan istiqlalı qeyb etmәzdәn öncәki illәrdә (28 aprel 1920 il nәzәrdә tutulur — red.) bu marş һәr sәһәr һәrbi okullarda (mәktәblәrdә—һissәlәrdә — red.) dәrs başlanmazdan әvvәl oxunardı".

"A" marşı һaqda müasir Azәrb. Oxuñularına ilk mәlumat S.Fәrәñovun "Әdәbiyyat vә inñәsәnәt" qәzetinin 1989 il 14 iyul tarixli sayında dәrc olulmuş "Ü. Hacıbәyovun iki marşı" mәqalәsindә verilmişdir. Marş tezliklә bәstәkar A. Әzimov tәrәfindәn böyük xor vә simf. ork. üçün oranjeman edilәrәk lentә yazıldı vә 1989 ilin payızında ilk dәfә xalq qarşısında sәslәndirildi.

"A" marşının vaxtilә ADR-in (1918—1920) rәsmi dövlәt һimni olması eһtimalı da vardır.

1992 ildә "A". marşı Azәrb. Resp.-nın dövlәt һimni kimi qәbul edilmişdir.



 
  © Musigi dunyasi, 2009