«Sәadәt»
1908
ildә Bakıda «Sәadәt»
müsәlman xeyriyyә cәmiyyәti tәrәfindәn
açılmış mәktәb.
Mәktәbin müdiri Әli bәy Hüseynzadә
idi. «S» mәktәbindә tәlim әsasәn
dini xarakter daşısa da, dünyәvi fәnlәr
dә tәdris edilirdi.
Ü.Hacıbәyov
1908 ilin yayında, müsabiqә yolu ilә «S» mәktәbinә
rus dili, һesab vә tәbiiyyat müәllimi tәyin
olunmuşdu. Burada o, bacarıqlı pedaqoq olmaqla yanaşı,
һәmkarları arasında rus dilinin tәlimatçısı
(metodist) kimi dә mәşһurlaşmışdı.
H.-un qardaşı C.Hacıbәyli
isә mәktәbdә alman vә fransız dillәrindәn,
һabelә rәsmdәn dәrs deyirdi. «S» mәktәbi
1911 ildә bağlanmışdır.