Hacıbәyov
Ceyhun Әbdülhüseyn oğlu
(18911962)
ictimai xadim, dilçi, tarixçi, jurnalist, tәrcümәçi.
Ü. Hacıbәyovun
kiçik qardaşıdır.
İbtidai tәhsilini doğulduğu Şuşada "rus-tatar"
mәktәbindә almış, orta tәhsilini Bakıda
tamamlamışdır. "Leyli
vә Mәcnun" operasının yaradılmasında
yaxından iştirak etmiş, ilk tamaşada (1908) iki
roldaİbn Sәlam vә Nofәl rollarında çıxış
etmişdir.
H. milyonçu M. Muxtarovun ayırdığı vәsait
ilә Peterburq un-tinin hüquq fakultәsinә daxil
olmuş (1909), oradan Parisә gedib, mәşhur Sorbonna
un-tindә oxumuşdur.
1916 ildә ali tәhsilini başa vurub Bakıya qayıdan
H., әsasәn, mühәrrirliklә mәşğul
olmuşdur. ADR (1918 1920) hökumәti tәrәfindәn
Paris sülh konfransına göndәrilәn nümayәndә
heyәtinin tәrkibindә xaricә yola duşәnәdәk
"Azәrbaycan" qәzetinin
redaktoru olmuşdur.
1920 il 28 aprel bolşevik çevrilişindәn sonra H.
Vәtәnә qayıda bilmәmiş, Fransada yaşayaraq
ömrunü mühacirәtdә başa vurmuşdur.
H. gәnclik çağlarından Bakıda başladığı
jurnalistlik fәaliyyәtini "Proqress" (rusca), "İrşad",
"Tәrәqqi" vә
s. qәzetlәr sonralar da davam etdirmişdir.
Paris, London vә Münxendә fransızca vә b.
dillәrdә yazdığı, hәm dә 19101915
illәrdә "Kaspi",
"Baku" qәzetlәrindә dәrc olunmaq üçün
Bakıya göndәrdiyi
mәqalәlәrindә o, milli mәdәniyyәtin
qızğın tәbliğatçısı kimi Avropa
xalqlarını vә rusdilli oxucuları Azәrb. әdәbiyyatı,
dili, teatr vә incәsәnәti mәs, Hacıbәyov
qardaşlarının operaları ilә tanış
edirdi.
Parisdә çıxan "Jurnal Aziatik" jurnalında dәrc
olunmuş "19 әsrin әvvәllәri Azәrbaycan
tarixçisi Abbasqulu ağa Bakıxanov", "Qarabağ (Qafqaz
Albaniyası) dialekti vә folkloru" әsәrlәrinin
müәllifidir. Ömrünün son illәrindә
keçmiş SSRİ-ni öyrәnәn in-tun Parisdә
fransızca nәşr etdiyi "Qafqaz" jurnalının
Azәrb. bölmәsindә gedәn yazıların
vә Münxendә Azәrb. milli birliyinin orqanı
kimi buraxılan "Azәrbaycan" mәcmuәsinin redaktәsi
ilә mәşğul olmuşdur.
İstedadlı tәrcümәçi olan H. "Arşın
mal alan" musiqili komediyasının әdәbi mәtnini
fransız vә ingilis dillәrinә tәrcümә
etmişdir.
Bakıda "Seçilmiş әsәrlәri" (rus dilindә)
adlı ilk kitabı 1993 ildә çapdan buraxılmışdır.
Şәxsi fondu Azәrb.-a gәtirilәrәk,
Resp. Dövlәt Әdәbiyyat vә İncәsәnәt
Arxivindә mühafizә olunur..