«Hesab mәsәlәlәri»

Ü. Hacıbәyovun dәrsliyi. 1907 ildә Bakıda nәşr olunmuşdur.

Hәlә Qori seminariyasında oxuyarkәn "Mәn gәlәcәkdә nә iş görәcәyәm?" mövzusunda inşasında "...mәktәblәrimiz üçün ana dilindә tәdris olunmaqdan ötrü dәrs kitabları" tәrtib etmәyi vәd verәn H. vәdini doğruldaraq, ibtidai mәktәb şagirdlәri üçün bu dәrsliyi yazmışdır.

Dәrslik üç hissәdәn (birrәqәmli әdәdlәr, yuvarlaq onluqlar, ikirәqәmli әdәdlәr) ibarәtdir. Hәr hissәdә 352 mәsәlә pedaqoji tәlәblәrә cavab verәn ardıcıllıqla düzülmüşdür. Dәrslikdә xalq mәişәtinә dair çoxlu mәsәlә vardır.

Müәllif bu mәsәlәlәri kәndli, әkinçi, bostançı, cutçü, balıqçı, dәrzi, miskәr vә başqa peşә sahiblәrinin hәyatını әks etdirәn misallarla dolğunlaşdırmağa çalışmışdır. O dövrün görkәmli pedaqoqları bu dәrsliyi "gözәl üslub ilә tәrtib edilmiş" kitab, Azәrb. mәktәblәri üçün faydalı vә lazımlı vәsait saymışdılar.

 

 


 
  © Musigi dunyasi, 2009