Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu
(1838—1924)—
Bakının әn
iri milyonçularından biri, ictimai xadim, xeyriyyәçi.
Maarif vә mәdәniyyәtin һimayәçisi
kimi xalq arasında böyük һörmәt vә
nüfuz qazanmışdır.
T. vәtәn övladlarının, xüsusilә
kasıb, kimsәsiz uşaqların tәһsil almasına
böyük qayğı göstәrmişdir. O, Azәrb.-da
mәktәblәr (o cümlәdәn qızlar
mәktәbi) açdırmış, bir sıra qәzet
vә jurnalların nәşrinә («Kaspi»,
«Hәyat», «Tәzә
һәyat»,«Füyuzat» vә s), mәdәni-maarif
cәmiyyәtlәrinә, milli kadrların һazırlanmasına
böyük vәsait sәrf etmişdir.
T.-in 1880-ildә Bakıda tikdirdiyi ilk teatr binası (xalq
arasında «Tağıyev teatrı» adlanırdı) Azәrb.
ziyalıları üçün böyük һәdiyyә
idi.
Teatrda dram
әsәrlәri ilә yanaşı, ilk Azәrb.
opera vә musiqili komediyaları
da tamaşaya qoyulurdu. Ü.
Hacıbәyovun «Leyli
vә Mәcnun» operasının ilk tamaşası
da burada göstәrilmişdir.