«Leyli vә Mәcnun»

Ü.Hacıbәyovun ilk operası. 1907 ildә yazılmış, 1908 il yanvarın 25-dә H.Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktәdә әsәr 5 pәrdә vә 6 şәkildә, sonrakı quruluşlarda 4 pәrdә, 6 şәkildә idi.

"L. vә M."-la Azәrb. musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, eyni zamanda müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur.

Opera M. Füzulinin eyniadlı poemasının motivlәri әsasında yazılmışdır. Librettonun müәllifi H.-dur.

"L. vә M." muğam ilә Avropa operasının üzvi vәһdәtindәn yaranmış yeni opera janrının — muğam operasının ilk nümunәsidir.

Muğamlar operanın әsas musiqi materialı olaraq әnәnәvi opera formalarını — ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio vә s.) әvәz etmişdir. H. muğamların not yazısını vermәmişdir. Müğәnni xanәndәlәr öz vokal partiyalarını tarzәnin müşayiәtilә oxuyurlar.

"L. vә M."-un ilk tamaşasının rej. H.Әrәblinski, dirijoru Ә.Haqverdiyev olmuşdur. Rollarda: H.Sarabski (Mәcnun), Ә.Fәrәcov (Leyli), C.Dağıstani (İbn Sәlam), M. Kazımovski (Mәñnunun anası), Mirzә Muxtar (Mәñnunun atası), İ.Qasımov (Leylinin atası), Ñ.Vәzirov (Leylinin anası) çıxış etmişlәr. Rej.-lardan S.Dadaşov (1935, 1958), M.Mәmmәdov (1955, 1976), F.Sәfәrov (1994) operanın yeni quruluşunu vermişlәr.

Baş rollarda Ә.Sadıqov, H.Hacıbababәyov, Ә.Әliyev, B.Haşımov, Q.Әsgәrov, Ñ.Әkbәrov (Mәcnun), S.Qacar, H.Rzayeva, G.Hәsәnova, R.Muradova, S.Qәdimova, Z.Xanlarova, N.Mәmmәdova, S.İsmayılova, Q.Quliyeva (Leyli) vә b. çıxış etmişlәr.

Bәstәkar N.Әliverdibәyov operanın yeni ork. redaksiyasını һazırlamışdır. "L. vә M."-un librettosu ilk dәfә 1912 ildә Bakıda Orucov qardaşlarının mәtbәәsindә, klaviri 1959 ildә, partiturası 1983 ildә çap edilmişdir (baş redaktoru Q.Qarayev, redaktoru N.Әliverdibәyov, ön söz vә şәrһlәrin muәllifi Z.Sәfәrova). 1996 ildә "Azәrbaycantelefilm" yaradıçılıq birliyindә "Leyli vә Mәcnun" film-operası çәkilmişdir (rej.-lar Nazim Abbas vә Ş.Nәcәfzadә).

 

 

 
  © Musigi dunyasi, 2009