Hacıbәyova-Әliverdibәyova Şirinbәyim xanım

Kәrbәlayı Әlәkbәr qızı (1853—1939) — Üzeyir Hacıbәyovun anası.

Mülkәdar ailәsindә doğulmuşdur. Ailәdә 12 uşaq var idi: dörd qardaş, sәkkiz bacı. Oğlanların hamısı mükәmmәl tәhsil, qızlar isә ev tәhsili almışdılar. Şirinbәyim xanım әdәbiyyatı çox sevir, şerlәr oxuyur, Füzulinin әsәrlәrini әzbәr bilirdi.

1870 ildә Әbdülhüseynә әrә getmiş, beş uşağı olmuşdur: Sayad, Әbuhәyat, Zülfüqar, Üzeyir, Ceyhun. Ömrünün son illәrini Bakıda, oğlu Üzeyirin evindә keçirmişdir.
.

 

 
  © Musigi dunyasi, 2009