Bәdәlbәyli Şәmsi Bәdәl bәy oğlu

(1911—1986) — rejissor. Azәrb. xalq art. (1964). B.Bәdәlbәyovun oğlu, H.-un xalanәvәsidir.

B. uzun illәr Azәrb. Musiqili Komediya Teatrında bәdii rәһbәr vә direktor işlәmiş, burada H.-un "O olmasın, bu olsun" (1956), "Arşın mal alan" (1958) әsәrlәrini tamaşaya qoymuşdur.

AOBT-nda bәstәkarın "Koroğlu" (1952), "Әsli vә Kәrәm" (1958) operalarına quruluş vermişdir.

1941—43 illәrdә Tәbrizdә һәvәskar aktyorların iştirakı ilә H.-un "Arşın mal alan" musiqili komediyasını, 1957 ildә isә Aşqabadda Türkmәnistan, Opera vә Balet Teatrında "Koroğlu" operasını tamaşaya qoymuşdur.


 

 
  © Musigi dunyasi, 2009