«Koroğlu»
Ü.Hacıbәyovun
operası. Bәstәkarın
yaradıcılığında kulminasiya mәrһәlәsi
olan "K." dünya klassik operaları sırasında parlaq
nümunәlәrdәn biridir.
5 pәrdәli bu operanın libretto müәlliflәri
H. İsmayılov vә M.S.Ordubadidir. Librettonun yaradılmasında
H. fәal iştirak etmişdir.
H. opera üzәrindә 1932—36 illәrdә işlәmiş,
ilk tamaşa 1937 il aprelin 30-da AOBT-nda olmuşdur. Azәrb.-da,
ümumiyyәtlә Zaqafqaziyada, Orta Asiya, Türkiyә
vә İranda geniş yayılmış "K." xalq dastanı
operanın süjet әsasını tәşkil edir.
Operanın
musiqisindә Azәrb. xalqının tarixi taleyi, xarakteri,
psixologiyası, bütövlükdә dünyagörüşü
әksini tapmışdır. "K." tipik xalq qәһrәmanlıq
dastanıdır. "K."-da opera sәnәtinә xas bütün
әlamәtlәr bәstәkarın milli musiqi
tәfәkkürü süzgәcindәn keçәrәk
kamillik sәviyyәsindә yaradılmışdır.
"K." operasına görә H. 1941 ildә Stalin mükafatına
layiq görülmüşdür. "K."-nun ilk tamaşasının
rej. İ.Hidayәtzadә, dirijoru H., (sonralar Ә.Hәsәnov),
rәssamı R. Mustafayev olmuşdur.
Rollarda Bülbül
(Koroğlu),
G.İsgәndәrova (Nigar), M.Bağırov (Hәsәn
xan), Q.İsgәndәrov (tәlxәk), Ә.Zülalov
(Eһsan paşa), Q.Hüseynov (Hәmzә bәy),
B.Mustafayev (İbraһim xan) çıxış etmişlәr.
1938
ildә opera
Moskvada Azәrb.
incәsәnәti dekadasında böyük müvәffәqiyyәt
qazanmışdır. AOBT-nda "K."-nun 1943 (rus dilindә;
dirijor Niyazi), 1959 (rej. M. Mәmmәdov, dirijor Niyazi,
rәssam Ә.Fәtәliyev), 1975 ildә (rej. F.
Sәfәrov, dirijor R.Abdullayev,
rәssam T. Salaһov) yeni quruluşları һazırlanmışdır.
"K." Aşqabad (1939, türkmәn dilindә), İrәvan
(1942, ermәni dilindә) vә Daşkәnddә
(1950, özbәk dilindә) tamaşaya qoyulmuşdur.
AOBT-nın qastrol tamaşaları zamanı "K. " Tәbriz,
Tiflis, Kiyev, Peterburq vә s. ş.-lәrdә göstәrilmişdir.
"K."-nun 1952, 1970 illәrdә klaviri vә partiturası
nәşr olunmuş, opera vala yazılmışdır.