«Әsli
vә Kәrәm»
Ü. Hacıbәyovun
beşinci muğam
operası. 4 pәrdәli, 6 şәkilli bu operanın
librettosu da H.-undur. Qafqazda geniş yayılmış
eyni adlı Azәrb. xalq dastanının
motivlәri üzrә yazılmışdır.
Operada fәdakar mәһәbbәtin gücü,
insanın mәnәvi gözәlliyi tәrәnnüm
edilir; әsәrdә dini dairәlәrin tәbliğ
etdiyi feodal münasibәtlәri vә millәtçilik
ideyalarına qarşı etiraz ifadә olunmuşdur.
Әsas qәһrәmanların—Kәrәm vә
Әslinin obrazlarının açılmasında H.,
әsasәn, muğamlardan istifadә etmişdir.