Firdovsi
Әbülqasım
(tәqr.
934— tәqr. 1030) — fars vә tacik şairi. Dünya
әdәbiyyatının әn möһtәşәm
abidәlәrindәn olan «Şaһnamә» eposunun
müәllifidir: H. «Şaһnamә»nin әn çox
yayılmış dastanlarından olan «Rüstәm
vә Söһrab»ın süjeti әsasında
libretto yazmış vә eyniadlı opera
bәstәlәmişdir.
Operanın әdәbi mәtni әruz vәzni ilә
qәlәmә alınan şe'r parçaları ilә
zәngindir. Operanın ilk tamaşası 1910 il noyabrın
12(25)-dә olmuşdur. H. «Maarif işlәri, yaxud şurayi-valideyn»
adlı felyetonunda da
«Şaһnamә» eposunun şe'rlәrindәn istifadә
etmişdir.
1934 ildә F.-nin 1000 illik yubileyi münasibәtilә
H. xor vә simf. ork. üçün kantata bәstәlәmişdir..