Birinci
pərdə
Komediyada
hadisə gənc tacir Əsgərin evində baş
verir.
Əsgər qəmlidir. O,
evlənmək istəyir. Lakin mövcud adətlər
və dini qanunlar yad kişiyə qızın üzünü
görməyə icazə vermir. Buna görə də
Əsgər nişanlanmaq üçün qız görüb
seçə bilmir.
Əsgərin dostu Süleyman
bu çətin məsələni həll edir. Süleyman
Əsgərə məsləhət görür ki,
arşınmalçı paltarı geyib küçədə
parça satsın, çünki bütün dövlətli
evlərinin qapıları arşın malı satanların
üzünə açıqdır. Bu yolla o, nişanlanmaq
üçün özünə qız seçə
bilər.
İkinci pərdə
Müflisləşmiş zadəgan Soltan bəyin
evi. Bəyin qızı Gülçöhrə təklikdən
kədərlənir, onun ürəyi sevmək arzusu
ilə döyünür.
Bəyin qardaşı qızı
Asya və qulluqçu Telli söhbət edir, zarafatlaşırlar.
Soltan bəyin gəlişi ilə qızların səmimi
söhbəti kəsilir, onlar gedir.
Tək qalan Soltan bəy təklikdən, dul kişi
həyatından şikayətlənir və allaha
yalvarır ki, ona bir dul arvad yetirsin. Bir azdan Soltan bəy
gedir.
Arşınmalçının səsi eşidilir.
Səsə yığışan qızlar ondan mal
almağa başlayırlar.
Əsgər və Gülçöhrənin qəlbində
qarşılıqlı meyl, maraq oyanır. Gülçöhrənin
məhəbbətini sınamaq istəyən Əsgər
ona öz həqiqi vəziyyətini açıb demir.
Gülçöhrə and içir ki, kim olur-olsun, başqasına
ərə getməyəcək.
Tezliklə Əsgər öz xalası Cahanı Soltan
bəyin evinə gətirir. Təsadüfən onu
görən Soltan bəy ona evlənməyi təklif
edir.
Üçüncü pərdə
Gülçöhrə sevgilisinin həsrətini çəkir.
Süleyman Əsgərin
tapşırığı ilə Soltan bəyin yanına
elçiliyə gəlir. O, Asya ilə rastlaşır.
Onlar bir-birinin xoşuna gəlir. Soltan bəy qızını
tacir Əsgərə verməyə razı olur.
Bu pərdədə qulluqçular
Vəli ilə Telli də görüşürlər.
Atasının qərarı Gülçöhrəni
ümidsiz vəziyyətə salır. O, kasıb
arşınmalçını sevdiyini atasına etiraf
edir.
Asya və Telli Gülçöhrəni dilə tuturlar
ki, o, atasının iradəsinə tabe olsun, Gülçöhrə
ümidsiz bir haldadır, lakin öz istəyində
möhkəmdir.
Dördüncü pərdə
Əsgərin evində qəşəng, qaydaya salınmış
otaq. Gülçöhrəni zorla buraya gətirirlər.
O özünü öldürmək istəyir. Lakin
birdən o, aşınmalçının mahnısını
eşidir. Qorxu və sevinclə onun qarşısına
atılır və tacir Əsgərin simasında
öz sevgilisini tanıyır.
Əsgər məsələni başa salandan sonra
Soltan bəy də sevinir. O, Cahan xalaya evlənir. Süleymanla
Asya, Telli ilə Vəlinin taleyi də xoşbəxtliklə
yoluna düşür.
|