18 sentyabr, 1885
|
|
1897
|
|
1899 |
|
Avqust
|
|
İyun, 1904 |
—
H. Qori müəllimlər seminariyasını bitirib,
ibtidai məktəb müəllimi diplomu almışdır.
|
1904—1905
|
—
H. Hadrut
kənd məktəbində müəllim işləmiş,
burada rus dili, hesab, tarix və musiqidən dərs
demişdir. |
|
—
H. Bakı
şəhərinə köçmüşdür.
Ədəbi-publisistik fəaliyyətə başlayaraq
«Həyat» qəzetində tərcüməçi
işləmişdir. |
17 dekabr |
—Həmin
gündən nəşr edilməyə başlayan
«İrşad»
qəzetinin əməkdaşı olmuşdur. |
1905-1907 |
|
1907 |
—
«Leyli və Məcnun» operası üzərində
işə başlamışdır.
— H.-un tərtib etdiyi «Mətbuatda istifadə olunan
siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin
türki-rusi və rusi-türki lüğəti»
Orucov qardaşlarının mətbəəsində
çapdan çıxmışdır. — «Hesab
məsələləri» kitabını yazmışdır.
|
|
—
Professional Azərb. musiqisinin əsasını qoymuş
«Leyli və Məcnun» operasının ilk tamaşası
olmuşdur.
— Üzeyir bəy «İrşad» qəzeti redaksiyasında
jurnalistlik
fəaliyyətini davam etdirmişdir.
— H. «Səadət»
müsəlman xeyriyyə cəmiyyətinin açdığı
eyniadlı məktəbdə rus dili, hesab və
təbiiyyat fənlərindən dərs demişdir. |
3 iyul |
—
H. «Tərəqqi»
qəzeti ilə əməkdaşlıq etmişdir.
1909 il iyunun 28-də Əhməd
bəy Ağaoğlu xaricə getdikdən sonra
həmin ilin oktyabrınadək (qəzet çar hökuməti
tərəfindən bağlananadək) H. qəzetin
redaktoru olmuşdur. |
1909
30 noyabr |
—
Bakıda «Şeyx
Sənan» operasının
ilk tamaşası olmuşdur. |
20 dekabr |
|
25 dekabr |
—
H. Bakıda çıxan «Həqiqət»
qəzetinin naşiri və baş redaktoru olmuş,
121 sayınadək qəzetə rəhbərlik etmişdir. |
1910
24 may |
—
Bakıda «Ər
və arvad» musiqili komediyasının ilk tamaşası
olmuşdur. |
30 may |
—
«Həqiqət» qəzetinin redaktoru vəzifəsindən
imtina etmişdir. |
12 noyabr |
|
1911
25 aprel |
|
1912
10 mart |
|
18 may |
|
Sentyabr |
—
H. musiqi təhsili almaq üçün Moskvaya
getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində
İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır.
Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar
«İqbal» qəzetində dərc olunmuşdur. Maddi
ehtiyac üzundən H. Moskvada musiqi təhsilini yarımçıq
qoyub, Bakıya qayıtmışdır. |
Avqust |
—
H. Peterburq şəhərinə gedərək, Peterburq
konservatoriyasına daxil olmağa hazırlaşmışdır.
— H. «Arşın
mal alan» musiqili komediyası üzərində
işləmişdir. |
25 oktyabr |
—
Bakıda «Arşın mal alan» musiqili komediyasının
ilk tamaşası olmuşdur. |
1914
4 yanvar |
—
H. Peterburq konservatoriyasına qəbul olunmuşdur. |
İyun |
—
H. təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.
«Harun və
Leyla» operası uzərində işləmişdir. |
1915 |
—
«Harun və Leyla» operasının librettosu nəşr
olunmuşdur. |
18 sentyabr |
—
H. «Yeni iqbal»
qəzetinin redaktoru vəzifəsində işə
başlamışdır. |
11 oktyabr |
—
H.«Yeni iqbal» qəzetinin sahibi və baş redaktorudur.
|
1916
19 fevral |
—
H. «Yeni iqbal» qəzetindən uzaqlaşmışdır. |
1918
İyun - Sentyabr |
—
H. Azərbaycan opera artistlərinin İranın Ənzəli
və Rəşt şəhərlərinə qastrol
səfərinə rəhbərlik etmişdir. |
Oktyabr |
—
H. Bakıda «Azərbaycan»
qəzeti ilə əməkdaşlıq etməyə
başlamışdır. |
1919
16 yanvar |
—
H. «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə
tə'yin olunmuş və 1920 il aprelin 28-dək bu
vəzifədə fəaliyyət göstərmişdir. |
1920 |
—
H. musiqi akademiyası və xalq konservatoriyası
açmağın və keçmiş musiqi məktəblərinin
binalarını onlara verməyin zəruriliyi haqqında
xalq maarif komissarına məruzə təqdim etmişdir.
— Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində
xalq çalğı alətləri ork.-ni təşkil
etmişdir. |
20 oktyabr |
—
ADK-da Şərq
musiqisi şöbəsi təşkil etmək haqqında
Xalq Maarif Komissarlığına məruzə təqdim
etmişdir. |
1921 |
—
Xalq Maarif Komissarlığı incəsənət
şöbəsində musiqi bölməsinin mudiri
vəzifəsinə təyin olunmuşdur. |
25 may |
—
ADK-nı yenidən qurmaq barədə xalq maarif komissarına
məruzə təqdim etmişdir. Həmin məruzə
ADK-nın yaradılması üçün proqram
kimi təsdiq edilmişdir. |
12 dekabr |
—
ADK-da zərb
alətləri sinfi açmağın zəruriliyi
haqqında təşəbbüs qaldırmışdır. |
1922 - 1924 |
—H.
özünün təşəbbüsü ilə
təsis olunmuş Azərbaycn Dövlət Türk
Musiqi Məktəbinə rəhbərlik etmişdir.
—Azərb. Dövlət Dram Teatrının repertuar
komissiyasına cəlb olunmuşdur. |
1925 |
—H.
Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə
deputat seçilmişdir.
—H.-un rəhbərliyi altında Azərb. Dövlət
Türk Musiqi Texnikumu tələbələrinin gücü
ilə «Arşın mal alan» musiqili komediyası tamaşaya
qoyulmuşdur. |
1926 |
—
Azərbaycan Dövlət Türk Musiqi Texnikumu ADK
ilə birləşdirilmişdir.
— H. konservatoriyanın prorektoru təyin olunmuşdur.
H. konservatoriya nəzdində çoxsəsli tələbə
xorunun təşkilinə təşəbbüs
göstərmişdir. |
1927 |
—
H.-un və M.
Maqomayevin ümumi redaktorluğu ilə «Azərbaycan
türk el nəğmələri» məcmuəsi
nəşr olunmuşdur. Məcmuənin tərtibçiləri
Ü.Hacıbəyov, M. Maqomayev və
Z. Hacıbəyov |
1928
6 may |
—
H. Azərbaycan aşıqlarının birinci qurultayında
«Aşıq sənəti» mövzusunda məruzə
etmişdir. |
|
—
H. Azərbaycan Dövlət Konservatoriyasının
rektoru vəzifəsinə təyin olunmuş və
1929 ilədək bu vəzifədə çalışmışdır. |
1930 - 1938 |
—
ADK-da Azərb. xalq musiqisi şöbəsinin müəllimi
və müdiri olmuşdur. |
1931 |
|
1932 - 1936 |
|
1934 |
—
H. Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü seçilmişdir.
— ADK-da «Ali məktəbdə tar və kamançanın
perspektivləri» mövzusunda məruzə etmişdir. |
1935 |
—
H. «Azərbaycan SSR əməkdar incəsənət
xadimi» fəxri adına layiq görülmüşdür.
|
1936 |
—
H. Azərbaycan Dövlət xorunu
təşkil etmişdir. |
1937
30 aprel |
—
Bakıda «Koroğlu» operasının ilk tamaşası
olmuşdur.
— H. «Azərbaycan SSR xalq artisti» fəxri adına
layiq görülmüşdür. |
Dekabr |
—
H. birinci çağırış SSRİ Ali Sovetinə
deputat seçilmişdir. |
1938 |
—
H. Moskvada Azərbaycan incəsənəti ongünlüyündə
iştirak etmişdir.
— H. «SSRİ xalq artisti» fəxri adına layiq görülmüş,
Lenin ordeni ilə təltif olunmuşdur.
— H. Azərbaycan SSR Bəstəkarlar İttifaqının
sədri seçilmişdir. |
1939 |
—H.
Azərbaycan Dövlət Konservatoriyasının
rektoru vəzifəsinə təyin edilmişdir.
—SSRİ Bəstəkarlar İttifaqının birinci
qurultayının təşkilat komitəsinin üzvü
seçilmişdir. |
1940 |
|
1941 |
—
H. «Koroğlu» operasına görə Stalin mükafatına
layiq görülmüşdür.
— H. ikinci çağırış SSRİ Ali Sovetinə
deputat seçilmişdir. |
İyun |
—
H. orduya bədii xidmət sahəsində respublikada
hamilik işlərinin rəhbəri təyin olunmuşdur. |
1942 |
—
Muğam
və xalq mahnılarının ifası məsələsinə
dair müşavirədə çıxış
etmişdir. — «Koroğlu» operası AOBT-nda rus dilində
tamaşaya qoyulmuşdur. |
1944 |
—
SSRİ EA-nın Azərb. filialının incəsənət
bölməsinin rəhbəri təyin olunmuşdur.
— Gənc ifaçıların resp. müsabiqəsinin
münsiflər hey'ətinə sədrlik etmişdir. |
Dekabr |
—
H. Tbilisi şəhərində keçirilmiş
Zaqafqaziya respublikaları musiqi ongünlüyünün
təşkilatçılarından biri, Azərbaycan
nümayəndə heyətinin bədii rəhbəri
olmuşdur.
— Azərb. Dövlət Simf. Ork.-nə H.-un adı
verilmişdir. |
1945 |
—
H.-un «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası
nəşr olunmuşdur.
— H. Azərbaycan SSR Elmlər Akademiyasının
həqiqi üzvü seçilmişdir.
— H. «Qırmızı Əmək Bayrağı»
ordeni ilə təltif edilmişdir. |
Sentyabr |
—
H.-un anadan olmasının 60 illik yubileyi keçirilmişdir.
— H. Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət
İnstitutunun direktoru təyin olunmuşdur.
|
Dekabr |
—
Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin
münsiflər heyətinin üzvü seçilmişdir. |
1946 |
—
H. «Arşın mal alan» kinofilminin musiqisinin müəllifi
kimi Stalin mükafatına layiq görülmüşdür. |
1948
23 noyabr |
—
Üzeyir Hacıbəyov vəfat etmişdir. |
|
|
|
|