"Firuzә"
- «Firuzə» operasından
Firuzənin ariyası.
İfa Fidan Qasımova və ART simf.ork.
dir.R.Məlikaslanov.
H.-un
yarımçıq qalmış operası.
1945 ildә yaradılırdı. Librettosu H. tәrәfindәn
xalq rәvayәtlәri әsasında yazılmışdır.
İlkin adı "Şәһrәbanu" idi. Bәstәlәnmiş
musiqi parçaları arasında Firuzәnin ariyası
xüsusilә diqqәtәlayiqdir. Onun musiqisi һәzinliyi,
şairanәliyi ilә fәrqlәnir.
Bu ariya melodiyasının ifadәliliyi vә oxunaqlığına
görә bәstәkarın yazdığı әn
gözәl opera ariyalarından biridir. Operanın librettosu
H.-un "Seçilmiş әsәrlәri"nin I cildindә
(B., 1964) çap olunmuşdur.
Firuzәnin ariyası Moskvada
(Y. Fidlerin tәrcümәsi ilә — 1949; P. Pançenkonun
tәrcümәsi ilә — 1956) vә Bakıda
(Ü. Hacıbәyov. "Seçilmiş ariyalar, romanslar
vә maһnılar" toplusu. Tәrtibçi vә
redaktor Ә. Abbasov. B., 1975) nәşr edilmişdir.