Qarabağ

Azәrb.-da tarixi vilayәt. Kiçik Qafqaz dağlarından başlamış Kür vә Araz çayları arasındakı әrazini әһatә edir. «Azәrb. konservatoriyası» adlandırılan Qarabağ milli musiqi mәdәniyyәtinin inkişafında müstәsna rol oynamışdır. Q.-da doğulub әrsәyә çatmış bir çox xanәndә vә musiqiçilәrin adı tәkñә Qafqazda deyil, qonşu Şәrq ölkәlәrindә dә mәşһur idi.

19 әsrin sonu — 20 әsrin әvvәllәrindә Q.-ın mәdәni һәyatı olduqña qaynar idi. Q.-da şer («Mәñlisi-üns», «Mәñlisi-fәramuşan») vә musiqi mәñlislәri fәaliyyәt göstәrirdi. Bu mәclislәrә şairә Xurşidbanu Natәvan, alim,musiqişünas, rәssam vә şair Mir Möһsün Nәvvab vә b.başçılıq edirdilәr.

Q.-ın zәngin musiqi-ifaçılıq әnәnәlәri H.-un musiqi tәrbiyәsinә güñlü tәsir göstәrmişdir. O dövrdә Q.-ın ziyalı gәnñlәrindәn bir çoxu Moskva, Peterburq, Kiyev vә b. şәһәrlәrdә ali tәһsil alırdılar. Yay tәtillәrini doğma yurdlarında keçirәn bu gәnclәr onun mәdәni һәyatında yaxından iştirak edәrәk müxtәlif tәdbirlәr һazırlayır, әdәbi әsәrlәri sәһnәlәşdirirdilәr.

1897 ildә Ә.Haqverdiyev Şuşada M. Füzulinin «Leyli vә Mәcnun» poeması әsasında «Mәcnun Leylinin mәzarı üstündә» adlı sәһnәni tamaşaya qoymuşdu. Kiçik yaşlı H. bu tamaşada böyük һәvәslә iştirak etmiş vә xorda oxumuşdu. Tamaşa ona böyük tәsir göstәrmişdi.

 

 
  © Musigi dunyasi, 2009