«Hәqiqәt»

Gündәlik ictimai-siyasi vә әdәbi qәzet.

1909—10 illәrdә Bakıda Orucov qardaşlarının mәtbәәsindә nәşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri vә baş redaktoru Ü. Hacıbәyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. «H.» Azәrb. dövri mәtbuatının tarixindә izi qalmış qәzetlәrdәndir.

Hacıbәyovun «Bәyani-mәslәk» ünvanlı baş mәqalәsi ilә nәşrә başlayan «H.»dә onun onlarca dәyәrli publisist mәqaləsi («Halımıza dair», «Qәdrşunaslıq», «Hәr işi öz әhlinә tapşırmalı», «Dil» vә s), çoxlu duzlumәzәli felyetonu («Purişkeviç vә Hacı Xudu» vә s). 2 açıq mәktubu, neçә-neçә sәhnәciyi dәrc olunmuşdur.

Hacıbәyovun 1910 il mayın 30-da rus dilindә çıxan «Kaspi», «Baku» qәzetlәrindә dәrc edilmiş mәktubunda onun daha «H.» qәzetindә işlәmәdiyi vә hәmin qәzetlә heç bir әlaqәsi olmadığı bildirilirdi.

 



 
  © Musigi dunyasi, 2009