Ü.
Hacıbəyovun intsrumental musiqi sahəsində əsərləri
sayca az olsa da, onlar öz bədii kamilliyinə görə
bəstəkarın digər əsərləri ilə
bir sırada durur və dinləyicilər tərəfindən
çox sevilir.
«Aşıqsayağı»
triosu Ü. Hacıbəyovun ən gözəl və
çox tanınan əsərlərindəndir.
«Aşıqsayağı»
- skripka, violonçel və fortepiano alətlərindən
ibarət ansambl (trio) üçün yazılmışdır.
Əsər işıqlı əhval-ruhiyyəsi və
ürəyəyatımlı melodiyası ilə yadda
qalır. «Arazbarı» əsəri zərbi-muğamın
orkestr üçün işlənilməsinə əsaslanır.
Bu, ilk dəfə «Leyli və Məcnun» operasında
V şəkilə orkestr girişi kimi veilmişdir,
sonralar müstəqil əsər kimi də ifa olunmağa
başlamışdır.
«Cəngi»
pyesi də Ü. Hacıbəyovun çox sevilən
əsərlərindən biridir. Bu pyes müxtəlif
xalq çalğı alətləri və fortepiano
üçün yazılmışdır. Bəstəkar
İsmayıl Hacıbəyov «Cəngi» pyesini fortepiano
və simfonik orkestr üçün işləmişdir.
Həmin əsər görkəmli pianoçu Fərhad
Bədəlbəylinin ifasında möhtəşəm,
xalqın mübarizə himni kimi səslənir.
|