Yazılma
tarixi: 1907-ci il
İlk tamaşası: 1908-ci il, 25 yanvar,
Bakı.
Libretto müəllifi: Üzeyir Hacıbəyov.
Ədəbi əsası: Füzulinin
«Leyli və Məcnun» poeması (XVI əsr)
Əsərin tarixi əhəmiyyəti
- Şərqdə ilk operadır
- Azərbaycanda opera sənətinin bünövrəsini
qoymuşdur.
- İlk muğam – operadır.
Dirijorlar:
Əbdürrəhim bəy Haqverdiyev (ilk tamaşada),
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əfrasiyab
Bədəlbəyli, Kazım Əliverdibəyov, Cavanşir
Cəfərov.
Rejissorlar:
Hüseyn Ərəblinski
(ilk tamaşa),
Soltan Dadaşov, Mehdi Məmmədov, Firudin Səfərov.
Məcnun rolunun
ilk ifaçısı:
Hüseynqulu Sarabski
Məcnun rolunun ifaçıları (müxtəlif
illərdə):
Əliövsət
Sadıqov, Qulu Əsgərov, Arif Babayev, Canəli
Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov
və b.
Leyli rolunun kişi ifaçıları:
Əbdülrəhim Fərəcov (ilk ifaçı),
Əhməd Ağdamski
Leyli rolunun qadın ifaçıları (1920-ci illərdən
sonra):
Sürəyya Qacar, Həqiqət Rzayeva, Rübabə
Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova,
Mələkxanım Əyyubova, Nəzakət Teymurova,
Aygün Bayramova və b.
Nəşr olunmuşdur: libretto – 1912, klavir – 1959,
partitura – 1983
Film opera çəkilmişdir: 1996, «Azərbaycantelefilm»
(rej. Nazim Abbas və Ş.Nəcəfzadə)
Sayt. (http://leyli-mejnun.musigi-dunya.az)
|