Birinci
pərdə
Bəni
Əmir qəbiləsinin başçısının
oğlu Qeys və qonşu qəbilə başçısının
qızı Leyli eyni məktəbdə oxuyurlar. Onlar
bir-birini sevirlər. Lakin öz ölkələrinin,
dövrün adətlərini bildiklərindən məhəbbətlərini
gizlədirlər. Buna baxmayaraq, onların sirri hamiya
məlum olur. Leylini daha məktəbə qoymurlar.
Qeysi isə istehza
ilə Məcnun («dəli, divanə») çağırmağa
başlayırlar. Valideynlərinin verdiyi məsləhətlər,
öyüd-nəsihətlər Qeysə kömək
etmir. O, Leylini unuda bilmir və yalnız Leyli haqqında
düşünür.
İkinci pərdə
Leylinin anası qızına öyüd-nəsihətlə
başa salır ki, sevgi-məhəbbət haqqında
düşünmək qızlara yasaqdır və
onun təmiz adına xələl gətirir.
Qeysin elçiləri Leylinin atasının yanına
gəlir, lakin Leylinin atası onun Məcnun deyə
çağrıldığını bildirərək,
elçilərə rədd cavabı verir. Bunu eşidən
Məcnun dərd əlindən səhraya qaçır.
Dövlətli bir
gənc olan İbn-Səlamın elçiləri Leylinin
atasının yanına gəlir və razılıq
alırlar. Leylini İbn-Səlama ərə verirlər.
Üçüncü pərdə
Leyli ilə İbn-Səlamın toyu. Qonaqlar bəyi
və gəlini təbrik edirlər.
Məcnunun gəlişi
və dərdli şikayəti Leylini pərişan
edir.
Dördüncü pərdə
Məhəbbətin
gücündən divanəlik həddinə çatan
Məcnun səhrada dolaşır. Onun gözünə
sevgilisinin surəti görünür.
Məcnunun dərdindən məyus olan atası onu
səhrada tapır və yalvarır ki, evə qayıtısın.
Lakin bunun xeyri olmur.
Səyahətə çıxan sərkərdə
Nofəl öz qoşunu ilə görünür.
Məcnunun və qoca atasının dərdini eşidəndən
sonra onlara kömək etmək qərarına gəlir.
Nofəl Leylinin atasından
tələb edir ki, qızını Məcnuna ərə
versin. Leylinin valideynləri bundan imtina edirlər. Vuruşma
başlayır. Nofəl Leylinin qəbiləsinə
qalib gəlir. Lakin Leylinin atası bildirir ki, qızı
artıq İbn-Səlama vermişdir. Nofəl qanun
qarşısında geri çəkilir, çünki
özgənin gəlini toxunulmazdır.
Beşinci pərdə. Birinci şəkil.
İbn-Səlamın evi. Leyli Məcnundan ötrü
xiffət edir. O, bunu ərindən gizlətmir. Onun
dərdi böyükdür. Leyli çıxış
yolunu yalnız ölümdə görür.
İkinci şəkil.
Qəbiristanlığa gələn Məcnun Leylinin
qəbrini tapır və onun qəbri üstündə
ölür.
Beləliklə, Leyli
və Məcnunun məhəbbəti faciə ilə
bitir.
|