Əsər Müqəddimə
ilə başlanır. Onun musiqisində komediyanın
personajlarını xarakterizə edən xor mövzularından
istifadə olunmuşdur.
Məşədi
İbadın mahnısı özündən razı,
puluna güvənərək istədiyinə nail olan
qoca tacirin obrazını çox gözəl təsvir
edir. «Mən nə qədər, nə qədər
qoca olsam da» sözləri ilə oxunan mahnı onun
ədalı xaraterini dərindən açır. Bəstəkar
bu mahnıda «Uzundərə» lirik xalq rəqsinin melodiyasından
istifadə etmişdir.
Rüstəm
bəylə Məşədi İbadın dueti
onların sövdələşməsindən bəhs
edir. «Darçını» xalq rəqs melodiyası vasitəsilə
bəstəkar hər iki qəhrəmanın iç
üzünü açmağa nail olmuşdur.
Sərvər
ilə Gülnazın dueti Füzulinin qəzəlinə
əsaslanır. Onların bir-birin məhəbbətini
dərin, səmimi hisslərlə açıqlayan
zərif, xəyalpərvər musiqi məzmununa malikdir.
Əsərdə xor səhnələri böyük
yer tutur. Xorlar əsasən satirik obrazların kütləvi
musiqi portretini yaradır.
Məşədi İbadın və onun «qoluzorlu»
dostlarının, şəhər qoçularının
«Ey kimsən
orda, aç qapını» xoru marş xarakterli olub,
Sərvərlə Gülnazı hədələməsini
təsvir edir. Qonaqların xoru, hamançıların
xoru və s. də maraqlıdır.
Məşədi
İbadla Sənəmin səhnəsi isə əsərin
finalında hadisələrin yekunu olub, xorla müşayiət
olunur.
|