Birinci
pərdə
Hadisə
Rüstəm bəyin evində cərəyan edir.
Rüstəm bəyin qızı Gülnaz və gənc
tələbə Sərvər bir-birinə sevgilərini
etiraf edir. Lakin müflisləşmiş Rüstəm
bəy Gülnazı varlı qoca baqqal Məşədi
İbada ərə vermək istəyir. Gülnaz Sərvərin
məsləhəti ilə Məşədi İbada
ərə geltməyə razılıq verir.
Məşədi İbad Rüstəm bəygilə
elçiliyə gəlir. Qızı almaq üçün
ona pul təklif edir. Onlar sövdələşirlər.
Məşədi İbad Gülnazı və qulluqçu
Sənəmi görüb, hər ikisini çox bəyənir.
Rüstəm bəy qızının nişanlanmağını
qeyd etmək üçün dostları Həsənqulu
bəyi, Rza bəyi, Qoçu Əsgəri, Həsən
bəyi və başqalarını evinə dəvət
edir. İçib keflənən bəylər dava salırlar.
İkinci pərdə
Rüstəm bəyin həyətində Gülnaz
və Sərvər görüşürlər. Bu
zaman Məşədi İbad da Gülnazla görüşə
gəlir və Sərvəri görür. O, aldadıldığını
başa düşür. Buna görə də Qoçu
Əsgərdən kömək istəyir. Qoçu
Əsgər öz əlaltıları ilə birlikdə
gəlib Sərvəri öldürmək istəyirlər.
Sərvərin fit çalmağından qorxub dağılışırlar.
Rüstəm bəy başa düşür ki, Məşədi
İbadın puluna görə qızını bədbəxt
edə bilər. Lakin vəziyyətdən çıxış
yolunu görmür.
Onun həyətindən çıxan
Sərvər Rüstəm bəylə üz-üzrə
gəlir. Rüstəm bəy əvvəlcə bərk
hirslənsə də, sonra Sərvərin təklifi
ilə razılaşır və onlar birlikdə kələk
qururlar.
Məşədi İbad isə pərişan halda
dost-tanışlarına Rüstəm bəydən
şikayət edir. Bəylər Rüstəm bəydən
bu işin izahını tələb edir. Rüstəm
bəy Sərvəri qızının dayısı
kimi təqdim edir. Məşədi İbaddan isə
toya hazırlaşmağı xahiş edir.
Üçüncü pərdə
Hamam təsvir olunur. Məşədi İbadı
bəy hamamına gətirirlər. Hamı onu təbrik
edir.
Dördüncü pərdə
Məşədi İbadın toyudur. Qonaqlar çalıb-oynayırlar.
Sonra gəlini gətirirlər.
Məşədi İbad
gəlinin çarşabını açanda gəlin
əvəzinə Sərvər çıxır. O,
Məşədi İbadı diz çökdürərək,
onu Gülnazla evlənməkdən imtina etməyə
və onun əvəzinə Sənəmlə evlənməyə
məcbur edir.
Sərvər qaçıb
gedir. Səs-küyə camaat yığışır.
Məşədi İbadla Sənəmin kəbini
kəsilir.
|