Hacıbәyova
Mәleykә Hәsәnağa qızıu
(1893—1966)
— pedaqoq, maarifçi, musiqişünas.
Ü.Hacıbәyovun
hәyat yoldaşı. Terequlovlar ailәsindәndir.
Tiflisdә Birinci Qızlar gimnaziyasında oxumuş,
pedaqoji fәaliyyәt göstәrmişdir. 1910 ildә
Hacıbәyova әrә getmiş vә Bakıya
köçmüşdür. Burada da pedaqoji fәaliyyәtini
davam etdirmiş, Azәrb-da konservatoriya tәşkil
olunanda oraya daxil olmuş, nәzәri biliklәrә
yiyәlәnmişdir.
Üzeyir bәyin ölümündәn sonra bәstәkarın
"Arşın mal
alan" musiqili komediyasının klavirinin
Bakıda, "Koroğlu"
operasının klavirinin isә Moskvada
nәşr olunub işıq üzü görmәsindә
onun böyük әmәyi vә xidmәti olmuşdur.