Әrәblinski
Hüseyn Mәmmәd oğlu
(tәxәllüsü,
әsl soyadı Xәlәfov Hüseynbala) (1881—1919)—aktyor,
rejissor. Azәrb. professional teatr sәnәtinin banilәrindәn
biri.
Sәһnәyә ilk dәfә 1897 ildә
çıxmışdır. Sonralar "Nicat" vә "Sәfa"
cәmiyyәtlәri nәzdindәki teatr truppalarında
işlәmiş, 1918 ildәn Z. vә Ü. Hacıbәyov
qardaşlarının teatr truppasında aktyor vә
rej. (1918 ildәn baş rej.) olmuşdur.
H.-la yaxın dost olan vә onun sәnәtinә
yüksәk qiymәt verәn Ә. 1908 ildә
"Leyli vә Mәcnun"
operasının ilk quruluşçu rej. olmuşdur. Sonralar
bәstәkarın "Әr
vә arvad", "Әsli
vә Kәrәm", "O olmasın, bu olsun", "Şaһ
Abbas vә Xurşid Banu", "Arşın
mal alan" әsәrlәrini dә uğurla tamaşaya
qoymuşdur. Ә.-nin yaradıcılığını
diqqәtlә izlәyәn H. redaktoru olduğu "Azәrbaycan"
qәzetindә dәfәlәrlә onun һaqqında
mәqalәlәr yazmışdır.
Ә.-in xaincәsinә öldürülmәsini
"әvәzolunmaz itki" adlandıran H. qatilin ciddi cәzalandırılmasını
tәlәb etmişdir. Bәstәkar Ә.-nin ölümünün
20 illiyi münasibәtilә "Revolyusiya vә kultura"
(indiki "Azәrbaycan") jurnalında dәrc etdirdiyi "Әrәblinski—teatr
tariximizdә unudulmaz sәnәtkardır" sәrlövһәli
mәqalәsindә Ә.-nin "insanı һeyrәtә
salan vә sevindirәn bacarığa malik" sәnәtkar
olduğunu göstәrirdi.