«İrşad»

Gündәlik ictimai-siyasi, iqtisadi vә әdәbi qәzet.

1905— 1908 illәrdә Bakıda çıxmışdır. Müdir vә imtiyaz saһibi Әһmәd bәy Ağayev (Ağaoğlu) idi. 1908 ildә müvәqqәti redaktoru M. Ә. Rәsulzadә olmuşdur.

H. «İ.»-ın әn fәal әmәkdaşlarından idi. Burada işlәdiyi müddәtdә 100-ә yaxın publisistik mәqalә, «Ordan-burdan» ümumi başlığı altında 200-dәn çox felyeton vә satirik miniatür yazmış, «İ.»-ın felyetonçusu kimi şöһrәt tapmışdı. «İ.»-ın nәşri iki dәfә dayandırılmışdı:

1907 ildә müvәqqәti, 1908 ildә isә һәmişәlik. Hәr ikisinin «günaһkarı» Ü.Hacıbәyov olmuşdur. Birinci dәfә «Stolıpinin xәyalı» felyetonuna, ikinci dәfә isә çar һökumәtinin «İvan» obrazı ilә ciddi mәsxәrә olunduğu «Nağıl» felyetonuna görә.

 

 

 
  © Musigi dunyasi, 2009