«Ordan-burdan»

Ü.Hacıbәyovun ilk dәfә 1906 ildә «İrşad», sonralar isә «Tәrәqqi» (1908—1909), «İqbal» (1912), «Yeni iqbal» (1915—1916), «Azәrbaycan» (1918—1920) qәzetlәrindә mәşһur «Filankәs» imzası ilә dәrc etdirdiyi felyeton vә satirik miniatürlәrin ümumi başlığı.

Onun «Hәqiqәt» (1909—1910) qәzetindәki yazıları isә «O.-b» әvәzinә «O yan-bu yan» sәrlövһәsi vә «Filankәs»i yada salan «...kәs» imzası ilә çap olunur, ya da satirik miniatürlәr sadәcә olaraq sadalanırdı: bir, iki, üç, dörd, beş...

1981 ildә «Yazıçı» nәşriyyatında H.-un «Ordan-burdan» adlı felyetonlar toplusu çap olunmuşdur.

 

 

 
  © Musigi dunyasi, 2009