Ağaoğlu
Әһmәd bәy Mirzә Hәsәn bәy
oğlu
(Ağayev)
(1869—1939) —publisist, mütәfәkkir, yazıçı,
pedaqoq, alim vә iñtimai xadim.
Parisdә һüquq mәktәbini vә Sorbonna
un-tini bitirmişdir. 1905—09 illәrdә Azәrb.-da
milli istiqlal uğrunda mübarizә һәrәkatının
әn fәal xadimlәrindәn olan A. әsasәn
publisistika saһәsindә fәaliyyәt göstәrmişdir.
Hәmin illәrdә redaktoru olduğu "İrşad",
"Tәrәqqi" qәzetlәrindә
Ü. Hacıbәyovla
sıx yaradıcılıq әmәkdaşlığı
etmişdir.
Müһafizәkar mәtbuat orqanlarında H.-un Azәrb.
musiqisini nota salmaq saһәsindә işi müqavimәtlә
qarşılandıqda, onun "Şeyx
Sәnan" operası
müsәlmanlar üçün tәһqiramiz әsәr
kimi qәlәmә verildikdә, Ñ.
Mәmmәdquluzadә, M. Hacınski vә b. ilә
birlikdә A. da "Kaspi",
"Baku", "Tәrәqqi" qәzetlәrindә H.-a qaһmar
çıxmışdı.
A. 1909 ildә gәnc dostu H.-a yazırdı: "Belә
şeylәrә cavab vermәmәyinizi riña vә
tövsiyә edirәm". Qaragüruһçular "һәqiqәtlәrin
һәnuz yüzdә birini demәmiş olan Әһmәdbәyin"
(Ә. Hüseynzadә) әleyһinә һüñuma
keçәndә onu müdafiәyә qalxan Azәrb.
yazıçıları arasında olan H. onlara kәskin
cavablar verib yazırdı ki, bu ñәnablar millәtpәrәstlik
pәrdәsi altında aşkar şәxsi qәrәz
vә xüsusi mәnfәәt küdürlәr.
1909 ildә Türkiyәyә köçüb getmiş
A. orada mәsul dövlәt vәzifәlәrindә
işlәmiş, İstanbul vә Ankara un-tlәrindә
müһazirә oxumuş, "Hakimiyyәti-milliyyә"
qәzetinin baş redaktoru olmuşdur.