«Tәrәqqi»
Ictimai-siyasi, iqtisadi
vә әdәbi qәzet.
1908—1909 illәrdә Bakıda
milyonçu M. Muxtarovun vәsaitinә nәşr olunmuşdur.
Baş redaktoru Әһmәd
bәy Ağaoğlu idi. 1909 il iyunun 28-dә Ә.
Ağaoğlu Türkiyәyә köçüb getdikdәn
sonra qәzetin baş redaktoru Ü.
Hacıbәyov olmuşdur.
«T.»-dә H.-un müxtәlif janrlarda (siyasi icmal, açıq
mәktub, elmi-pedaqoji mәqalә) 150-dәn çox
yazısı («Osmanlıda inqilab qoxusu», «İran işlәri»,
«Gәlәcәk Avropa konfransı», «Milli mәktәblәrdә
rus dili tәdrisi», «Üsuli-tә'lim» vә s. mәqalәlәri,
«Ordan-burdan» ümumi
başlıqlı felyetonları)
çıxmışdır.
N. V. Qoqolun «Şinel» һekayәsi
dә ilk dәfә H.-un tәrcümәsindә
«T. » qәzetindә dәrc olunmuşdur.