«Molla
Nәsrәddin»
Hәftәlik
illüstrasiyalı ilk Azәrb. satirik jurnalı. Birinci
nömrәsi 1906 il aprelin 7-dә Tiflisdә çapdan
çıxmışdır.
Jurnal müәyyәn fasilәlәrlә 25 il
(1906—18 illәrdә Tiflisdә, 1921 ildә Tәbrizdә,
1918—21, 1922—31 illәrdә Bakıda)
nәşr olunmuşdur. Naşiri vә baş redaktoru
Cәlil Mәmmәdquluzadә
idi.
Ü.
Hacıbәyovun әdәbi-publisistik vә jurnalistlik
fәaliyyәti «mollanәsrәddinçilәr»
әdәbi mәktәbi ilә sıx bağlı
idi. Onun publisistikası ideya, mövzu vә uslub baxımından
«M. N» jurnalına çox yaxın idi.
Jurnal H.-un şәxsiyyәtini vә yaradıcılığını
yüksәk qiymәtlәndirirdi. Burada H.-un yaradıcılığı,
musiqili komediyaları vә publisist әsәrlәri
һaqqında onlarla tәqdiredińi yazı vә rәsm
verilmişdi. Jurnal onu һaqsız һücumlardan
qoruyur, müdafiә edirdi («Teatr» felyetonu).
1911 ildә H.un «M. N.»dә iki felyetonu da dәrc olunmuşdu.