Jurnalistika
Ü.
Hacıbәyovun jurnalist fәaliyyәti — H. peşәkar
jurnalist idi. 1905—1920 illәrdә "Leyli
vә Mәcnun", "Әsli
vә Kәrәm" vә b. operalarını, "Әr
vә arvad", "O
olmasın, bu olsun", "Arşın
mal alan" musiqili komediyalarını, kiçik hәcmli
başqa musiqi әsәrlәrini yaratdığı
illәrdә dә o, ardıcıl jurnalist fәaliyyәti
göstәrmiş, "Hәyat", "İrşad",
"Tәrәqqi",
"İqbal"
qәzetlәrindә çoxsaylı yazılar (әsasәn
felyetonlar)
dәrc etdirmiş, "Hәqiqәt",
"Yeni iqbal",
"Azәrbaycan"
qәzetlәrinin baş redaktoru işlәmişdir.
İctimai-siyasi hәyatın irәli sürdüyü
әn vacib suallara yubanmadan, lәngimәdәn cavab
vermәk, bugünkü vәziyyәti әks etdirmәk
publisistikanın әsas vәzifәlәrindәndir.
H.-un tәbiәtindәki narahatlıq vә cәldliklә
jurnalistlik sәnәtindәn irәli gәlәn
operativlik bir-birini tamamlayırdı.
O, "İrşad", "Tәrәqqi", "Hәqiqәt",
"Yeni iqbal" qәzetlәrindә hәr gün yazırdı;
elә olurdu ki, qәzetin bir nömrәsindә hәm
ciddi mәqalә, hәm dә felyeton vә ya satirik
miniatürü çıxırdı.
H. publisist yazılarında yüksәk bәşәri
ideyalar, ali fikirlәr tәbliğ edirdi. Özü
dә bu yüksәk fikirlәr, müqәddәs
mәramlar onun qәlәmindәn tәbii şәkildә,
hәr tutumlu kәlamı dәrin düşüncәnin
ölçü-biçi görmüş ifadәsi kimi
öz-özünә süzülüb gәlirdi.
H. siyasi hәyatda baş verәn әn ciddi, әn
mürәkkәb, bәzәn gizli icra olunan hadisәlәrdәn
belә çox tez xәbәr tutur, onu yubanmadan qәlәmә
alır, xalqın ümumi mәnafeyi baxımından
ona münasibәtini bildirirdi. Bu mәnada xalqdan gizlәdilәn,
lakin onlara çatdırılması vacib olan çox mühüm
mәsәlәlәrә operativ müdaxilә,
hadisәlәri qabaqlamaq H. publisistikasının әlamәtdar
xüsusiyyәtlәrindәn biridir.