Mәmmәdquluzadә
Ñәlil Mәmmәdqulu oğlu
(әdәbi
tәxәllüsü: Molla Nәsrәddin; 1869—1932)
— yazıçı, dramaturq, mütәfәkkir, jurnalist,
ictimai xadim.
"Molla
Nәsrәddin" jurnalının yaradıcısı
vә redaktoru, realist-demokratik "Molla Nәsrәddin"
әdәbi mәktәbinin banisi. "Danabaş kәndinin
әһvalatları" povestinin, "Ölülәr",
"Anamın kitabı", "Dәli yığıncağı"
kimi klassik sәһnә әsәrlәrinin,
onlarca һekayә, novella, felyeton,
oçerk vә mәqalәnin müәllifidir.
M. vә H. arasında dostluq yazıçı 1904 ildә
"Şәrqi-Rus" (Tiflis) qәzetinin müvәqqәti
redaktoru olarkәn yaranmara başlamışdır. M.ni
әdәbiyyat vә jurnalistika saһәsindә
ustadlarından biri sayan H. һәlә 1906—1910 illәrdә
"İrşad", "Tәrәqqi",
"Hәqiqәt" vә
s. qәzetlәrdә dәfәlәrlә ona
dәrin eһtiramını bildirmişdir.