«İqbal»
Gündәlik
ictimai-siyasi vә әdәbi qәzet. «Müsavat»
partiyası ideyalarının ilk tәbliğatçısı.
1912—1915 illәrdә Bakıda
çıxmışdır. Müxtәlif illәrdә
«İ».-a S. Eynullayev (İbraһimov), Seyid Hüseyn
redaktorluq etmişlәr. 1914 ildәn baş redaktoru
M. Ә. Rәsulzadә olmuşdur.
Ü. Hacıbәyovun
«İ.»-da ilk yazısı — «Ramazan ayında ibadәt»
başlıqlı felyetonu
qәzetin 4 sentyabr 1912 il tarixli 152-ci sayında dәrc
olunmuşdur. Musiqi tәһsilini tәkmillәşdirmәklә
mәşğul olan H. «İ.» qәzetilә dә
әmәkdaşlığa imkan tapa bilmişdir; burada
müәllifin Moskvadan
yazıb göndәrdiyi «Ordan-burdan»
başlıqlı 12 felyetonu çap olunmuşdur.