«Harun
vә Leyla»
Ü.
Hacıbәyovun altıncı, sonuncu muğam operası.
1915 ildә bәstәlәnmiş, lakin tamaşaya
qoyulmamışdır. Librettosunu eyniadlı әrәb
dastanının
motivlәri әsasında H. özü yazmışdır.
5 pәrdәli idi.
Müәllifin şәxsi qeydlәrindәn mә'lum
olur ki, «operanın klaviri әsәrin tamaşasına
qәdәr mәhv edilmişdir». Görünür,
operanın
musiqisi müәllifi qane etmәmiş vә o, hәmin
әsәri «musiqili pyes» adlandırmışdır.
Artıq bu vaxt muğam operasının imkanlarının
tükәndiyi fikrinә gәlәn bәstәkar.
«H. vә L.» dan sonra muğam
operası yazmamışdır.