Vәzirov Haşım bәy Miriman oğlu

(1868—1916) — jurnalist, yazıçı, naşir. İrәvan müәllimlәr seminariyasını bitirmiş, İrәvan, Bәrdә, Şәki vә Şuşada müәllimlik etmişdir.

1907 ildәn Bakıda jurnalist kimi tanınmış, bir müddәt «İrşad» qәzetindә redaktoru әvәz edәndәn sonra, «Tazә һәyat» qәzetini nәşr etdirmiş, müxtәlif illәrdә «İttifaq», «Sәda», «Sәdayi-һәqq», «Sәdayi-Qafqaz» qәzetlәrinin redaktoru olmuşdur. «İrşad»ın әmәkdaşları ilә ixtilaf aparmışdır. Ü. Hacıbәyov «İrşad»çının ñavabı» mәqalәsi ilә ona kәskin cavab vermişdir.

V. 1914—1915 illәrdә redaktoru olduğu «Mәzәli» jurnalında H.-u dәfәlәrlә tәnqid etmiş, bәstәkarı һörmәtdәn salmağa çalışmışdır. «Leyli vә Mәñnun» operası һaqqında ilk rәyin müәllifidir.


 
  © Musigi dunyasi, 2009