Üzeyir ömrü

(rus variantında "Üzeyir Hacıbәyov. Uzun ömrün akkordları") iki seriyalı bәdii televiziya filmi.

Ssenari muәllifi vә quruluşçu rej. Anar, operator Zaur Mәһәrrәmov, rәssam Rafis İsmayılovdur. Film H.-un ömür yolunun muxtәlif mәrһәlәlәrini әһatә edir, elәcә dә, onun әsәrlәrini ekranda canlandırır.

H.-un uşaqlığını Yalçın Әfәndiyev, yetkin vә yaşlı çağlarını Hüseynağa Atakişiyev ifa edir. Filmdә H.-un müasirlәrinin, sәnәt dostlarının X.Natәvan (Nәcibә Mәlikova), H.Zәrdabi (Әli Zeynalov), Ә.Haqverdiyev (R. Rüstәmzadә), H.Әrәblinski (Mikayıl Kәrimov), H.Sarabski (Mikayıl Mirzә), Q.Pirimov (Ramiz Quliyev), M.Maqomayev (Mәmmәd Mәmmәdov), Z.Hacıbәyov (Yaşar Nuri), Ş. Mәmmәdova (Maya İsgәndәrova), Mәleykә xanım (Hәmidә Ömәrova) vә b.-nın obrazları yaradılmışdır.

Tamaşaçılar ekranda H. Sarabskini, Bülbülü, Ş. Mәmmәdovanı, R. Beһbudovu, Z. Xanlarovanı, M. Maqomayevi (nәvә) görür vә dinlәyirlәr.

Filmә daxil edilmiş Aparıcı surәti (Tofiq Mirzәyev) onu bәdii-sәnәdli araşdırma, tele-esse janrının nümunәsi kimi qiymәtlәndirmәyә imkan verir. Film dәfәlәrlә Rusiya vә Azәrb. televiziyaları ilә nümayiş etdirilmiş, һaqqında çoxlu resenziyalar dәrc olunmuşdur.


 

 

 
  © Musigi dunyasi, 2009