Terequlov
Hәnәfi
(Mәһәmmәd
Hәnәfi) Hәsәn oğlu (1877—1942) — müğәnni
(bariton), teatr
xadimi, ictimai xadim. Ü.Hacıbәyovun
qaynı vә әn yaxın dostu. Ә.
Terequlovun böyük qardaşıdır. Qori
seminariyasını bitirmişdir (1899).
T. Azәrb.-da opera
xorunun tәşkilatçılarından vә «Hacıbәyov
qardaşları» truppasının
üzvü kimi ilk opera tamaşalarının әsas
ifaçılarından olmuş, H.-un «Leyli
vә Mәcnun», «Şaһ
Abbas vә Xurşid Banu», «Әsli
vә Kәrәm» operalarında Nofәl, Mәstavәr,
Keşiş, «Arşın
mal alan» musiqili komediyasında Soltan
bәy rollarını oynamışdır.